TANAP şirkəti hesabat yaydı - Gəlirləri artıb

14:33 - 5.07.2021


5 iyul, Fineko/abc.az. 2020-ci ildə “TANAP Natural Gas Transmission Company”nin (Trans-Anadolu qaz kəmərinin tikintisi və istismarı üzrə operator) xalis mənfəəti 2019-cu ildə $145,827 milyon səviyyəsində xalis zərərə qarşı $159,396 milyon təşkil edib.

ABC.AZ interfax-a istinadən xəbər verir ki, bu barədə «Cənub Qaz Dəhlizi” QSC-nin materiallarında deyilir. 2020-ci ildə konsorsiumun gəlirləri $682,239 milyon (2019-cu illə müqayisədə artım 3,1 dəfə), satışların maya dəyəri $133,783 milyon (artım 31%), sair gəlirlər $1 milyon 463 min, faiz gəlirləri $353 min təşkil edib.

Ötən il konsorsiumun ümumi və inzibati xərcləri $192,777 milyon (artım 2,6 dəfə), maliyyə xərcləri $197,549 milyon (artım 6,5%), məzənnə fərqindən yaranmış xalis zərər $550 min (artım 2,6 dəfə) təşkil edib.

2020-ci ilin sonuna “TANAP Natural Gas Transmission Company”nin aktivləri $6 milyard 703,913 milyon (azalma 0,5%), o cümlədən qısamüddətli aktivləri $141,516 milyon, uzunmüddətli aktivləri $6 milyard 562,397 milyon məbləğində qiymətləndirilir.

 

Other news