“AccessBank”da yeni təyinat: Vüsalə Kazımova Komplayens şöbəsinin rəhbəri təyin olunub

11:21 - 6.07.2021


6 iyul, Fineko/abc.az. Vüsalə Kazımova “AccessBankda” Komplayens şöbəsinin rəhbəri vəzifəsində fəaliyyətə başlayıb.

Xanım Kazımovanın bank sektorunda 16 ildən çox təcrübəsi var. O, karyerasına 2005-ci ildə "Azər Türk Bank"da başlayıb və uzun illər ərzində Bankda müştərilərə xidmət üzrə müxtəlif vəzifələrdə işləyib. “AccessBank”-da fəaliyyətə başlamazdan öncə Vüsalə Kazımova “Azər Türk Bank”da Daxili Nəzarət və Maliyyə Monitorinqi Departamentinin direktor müavini vəzifəsində çalışıb.

V.Kazımova Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit ixtisası üzrə bakalavr və magistr dərəcələrini alıb, “Commerzbank”, “Raiffeisenbank”, “Ziraat Bankası” kimi qabaqcıl banklarda təlimlərə qatılıb, təcrübə keçib.

Bundan başqa,  xanım Kazımova çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə CAMS (Certified Anti-Money Laundering Specialist) sertifikatına malik mütəxəssisdir. 

Azərbaycan, rus və ingilis dillərini bilir.

 

Other news