Valyuta hərracında banklar $55,1 milyon əldə etdilər

12:35 - 6.07.2021


6 iyul, Fineko/abc.az. 6 iyul 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

AMB-nin məlumatına əsasən, valyuta hərracında banklara $55,1 mln satılıb.

“Hərracda tələb 55,1 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir”, -  AMB-nin məlumatında belə deyilir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

 

Other news