Qızıl və gümüş bahalaşdı - Birja

10:08 - 7.07.2021


7 iyul, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl və gümüşün qiymətləri açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 6,80 ABŞ dolları bahalaşaraq 1 801,00 dollara ticarət olunub.

Gümüşün unsiyasının qiyməti isə 0,09 dollar artaraq 26,27 dollara satılıb.

Other news