Qarabağ Dirçəliş Fonduna ödənişlər üçün yeni platformalar əlavə edilib

14:29 - 8.07.2021


8 iyul, Fineko/abc.az. İşğaldan azad olunmuş ərazilərin bərpasını dəstəkləmək üçün Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı bir neçə platformaya əlavə olunub.

Qarabağ Dirçəliş Fondundan ABC.AZ-a verilən məlumata görə, indi ianə etmək istəyən şəxslər ödənişi Hesab.az, AsanPay, Gpp.az (“Hökümət ödəniş portalı”) və Portmanat onlayn xidmətlər portallarının həm müvafiq vebsayt, həm Android və İOS mobil tətbiqləri vasitəsilə həyata keçirə bilərlər.

 

Other news