“AccessBank”dan 16.5%-dən başlayan nağd kredit kampaniyası

15:20 - 8.07.2021


8 iyul, Fineko/abc.az. “AccessBank” müştərilərə 30 min AZN-dək krediti 16.5%-dən başlayan illik faiz dərəcəsi ilə təklif edir. Yeni nağd kredit kampaniyası çərçivəsində, müştərilər 20 min AZN-dək krediti həmçinin zaminsiz də əldə edə bilərlər. Əlavə olaraq, iyul ayı ərzində rəsmiləşdirilən kreditlər üzrə komissiyalar 0%-dən başlayır. Kreditin müddət isə 36 ayadəkdir.

Ətraflı məlumat əldə etmək və sifariş vermək üçün: https://www.accessbank.az/az/private/loans/

Kampaniya avqust ayının sonunadək qüvvədədir.

Kampaniyadan yararlanmaq üçün “AccessBank”ın yaxınlıqdakı filialına yaxınlaşmaq, həmçinin Bankın 151 Əlaqə mərkəzinə zəng etmək və ya 055 440 01 51 “whatsapp” nömrəsinə yazmaq olar. Məhsul haqqında məlumatları həmçinin Bankın www.accessbank.az saytından və ya sosial media hesablarından (Facebook, Instagram, LinkedIn) əldə etmək mümkündür.

 

Other news