413 fermerə bu qədər subsidiya verilib

15:57 - 8.07.2021


8 iyul, Fineko/abc.az. Azərbaycanda pambıq, tütün və şəkər çuğunduru üzrə 413 fermerə 255 min manatdan çox məhsul subsidiyası ödənişi həyata keçirilib.

ABC.AZ xəbər verir ki, bu barədə Aqrar Kredit və İnkişaf Agentliyindən bildirilib.

Qaydalara əsasən, məhsul subsidiyası ilə bağlı fermerlər hər il iyunun 1-dək elektron bəyannaməni, dekabrın 15-nə qədər isə məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri – yəni qəbul qəbzlərini, tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları Subsidiya İnformasiya Sisteminə daxil etməlidilər.

Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin II rübündə aparılır.

 

Other news