Gəncənin işıqlandırma sisteminin təmirinə böyük məbləğ ayrıldı

17:15 - 8.07.2021


8 iyul, Fineko/abc.az. Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tenderin qalibini elan edib.

ABC.AZ xəbər verir ki, Gəncə şəhər ərazisinin işıqlandırma sistemlərində təmir işlərinin satın  alınması tenderində iştirak edən iddiaçıların qiymət təkliflərini qiymətləndirib.

Açıq tenderin qalibi "ARAN TİKİNTİ-QURAŞDIRMA" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi qalibə 1 milyon 154 min 536 manat ödəyəcək.

 

Other news