Qonşu ölkənin beynəlxalq ehtiyatları kəskin azalıb

10:39 - 9.07.2021


9 iyul, Fineko/abc.az. Rusiyanın beynəlxalq ehtiyatları, 2 iyul 2021-ci il tarixinə 590,7 milyard dollar təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankından bildirilib.

Qeyd olunub ki, ölkənin beynəlxalq ehtiyatları 1,7 milyard dollar azalıb.

Müqayisə üçün qeyd edək ki, 25 iyun tarixinə beynəlxalq ehtiyatlar 592,4 milyard dollar idi.

Beynəlxalq ehtiyatlar yenidən qiymətləndirmə nəticəsində azalıb.

Müəllif: Elmir Murad

Other news