Mikayıl Cabbarov: Azərbaycanda qeyri neft sektorunun ixrac potensialı sürətlə artır

17:25 - 9.07.2021


9 iyul, Fineko/abc.az. "Bu ilin 6 ayında qeyri-neft məhsullarının ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 27,1% artaraq 1 162,4 milyon ABŞ dollarını keçib. Bu dövrdə qeyri-neft sənayesi məhsullarının ixracında isə 40,1%-lik artıma nail olunub."

ABC.AZ  xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov öz "Twitter" hesabında bildirib.

"Ümumilikdə, I yarımillikdə ixracdan gəlirlərin artımı 14,8% təşkil edib. Bu, maliyyə dayanıqlılığına müsbət təsir etməklə yanaşı, yeni iş yerlərinin yaradılmasını, valyuta ehtiyatlarımızın stabilliyini təmin edir", - deyə o qeyd edib.

 

Other news