“SOCAR New Energy” şirkəti yeni müqavilələr imzalayıb – Detallar

16:52 - 12.07.2021


12 iyul, Fineko/abc.az. Rusiyanın “Rosneft” şirkətinin istehsalı olan neft məhsullarının Ukraynaya tədarük edilməsi üçün qurumun Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə təsis etdiyi “SOCAR New Energy” şirkəti Ukraynanın mayeləşdirilmiş neft qazı (LPG) tədarük edən şirkətləri ilə yeni avtomobil qazının tədarükü üçün TERM-müqavilələr imzalayıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, Ukrayna mətbuatının yaydığı məlumata görə, bu barədə “Enkorr” saytına treyderlərin özləri bildirilblər.

“SOCAR New Energy” hər ay Ukraynaya 37 min ton LPG tədarük etmək niiyyətindədir. Bütün həcmlər uzunmüddətli sazişlər rejimində satılıb. Treyderlər bildirirlər ki, TERM-müqavilələr “Argus daf Brest” kotirovkası üzrə aylıq hər ton üçün 25 ABŞ dolları təşkil edib.

 

Other news