Hövsan yaşayış kompleksində bu qədər ev rəsmiləşdirilib – MİDA-dan açıqlama

11:32 - 13.07.2021


13 iyul, Fineko/abc.az. Hövsan yaşayış kompleksində yerləşən 2 962 mənzildən 2 569-u rəsmiləşdirilib.

 Mənzil İnşaat Dövlət Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, ümumi mənzillərdən 1 391-i “Güzəştli mənzil” sistemi vasitəsilə, 1 178-i isə dövlət sifarişi əsasında satışa çıxarılıb.

“Güzəştli mənzil” sistemi üzərindən mənzillərin 1 271-i ipoteka krediti hesabına, 120-si isə vətəndaşların öz hesabına rəsmiləşdirilib. İpoteka krediti ilə “Güzəştli mənzil” sistemi üzərindən satışa çıxarılan 1 271 mənzil üzrə altı agent bank tərəfindən ümumilikdə 53,29 mln. manat dəyərində ipoteka krediti verilib.

 

Other news