Vergi daxilolmaları artıqlaması ilə yerinə yetirilib - Hesabat

17:18 - 14.07.2021


14 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları 4 342 milyon manat təşkil edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən ABC.AZ-a verilən məlumata görə, daxilolmalar üzrə proqnoz 124,4% yerinə yetirilib.

O cümlədən qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 3 183,9 milyon manat olub və proqnozdan əlavə büdcəyə 498,8 milyon manat ödənilib.

 

Other news