Azərbaycan iqtisadiyatı böyüyüb – Hesabat

10:30 - 15.07.2021


15 iyul, Fineko/abc.az. 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 39 milyard 915,0 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çoxdur.

Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatı 0,8 faiz artmışdı.

2021-ci ilin yanvar-iyun aylarında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 5,1 faiz artıb.

 

Other news