AMB valyuta hərracında banklara $51,2 mln satıb

12:48 - 15.07.2021


15 iyul, Fineko/abc.az. 15 iyul 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

AMB-nin məlumatına əsasən, 15 iyulda keçirilən valyuta hərracında banklara $51,2 mln satılıb.

“Hərracda tələb 51,2 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir”, - məlumatda belə deyilir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

 

Other news