Azərbaycandan Gürcüstana bu qədər pul köçürülüb

14:05 - 15.07.2021


15 iyul, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycandan Gürcüstana 42,5 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.

ABC.AZ Report-a istinadən məlumatına görə, bu barədə Gürcüstan Milli Bankından bildirilib.

Məlumata əsasən, ötən ilin eyni dövrünə nisbətdə həcmdə 2,5 dəfə artım qeydə alınıb. Yanvar-iyunda Gürcüstandan Azərbaycana isə 8,8 milyon ABŞ dolları köçürülüb ki, bu da illik müqayisədə 22,2 % çoxdur.

Təkcə iyun ayında Azərbaycandan Gürcüstana 7,1 milyon ABŞ dolları, qonşu ölkədən Azərbaycana isə 1,9 milyon ABŞ dolları daxil olub.

 

Other news