Azərbaycanın əsas kapitalına investisiya qoyan ölkələr - Siyahı

14:24 - 15.07.2021


15 iyul, Fineko/abc.az. Bu ilin ilk yarısında xarici müəssisə və təşkilatlar tərəfindən Azərbaycanın əsas kapitalına 2 309,1 mln. manat vəsait yönəldilib.

ABC.AZ xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 145,3 mln. manat və ya 5,9% azdır.

Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 037,3 mln. manatı (88,2%-i) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.

 

Other news