İkinci əl avtomobillərə maraq artıb

15:44 - 15.07.2021


15 iyul, Fineko/abc.az. Yeni avtomobillərin istehsal həcminin ciddi şəkildə azalması ikinci əl avtomobillərə tələbatı artırıb.

ABC.AZ-ın məlumatına görə, qlobal miqyasda ikinci əl avtomobilərin alqı-satqı həcmi illik 1 trilyon dollar çatıb.

Son zamanlarda, xüsusən pandemiyanın səbəbindən insanların çoxu işlənmiş avtomobillərin onlayn alqı-satqısına üstünlük verir.

Müxtəlif ölkələrə məxsus istifadə olunan avtomobil ticarəti saytları bu fürsətdən yararlanaraq, investorlardan iri həcmli vəsaitlər cəlb edib.

Təkcə cari ilin əvvəlindən bu tipli saytlara yatırılan investisiyanın toplam həcmi 6 milyard dollar təşkil edib.

 

Other news