Neft ucuzlaşır, Brent bir barelə $73,18 təşkil edir

09:51 - 16.07.2021


16 iyul, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri əvvəlki sessiyanın yekunları üzrə xeyli azaldıqdan sonra, cümə günü hərracında azalır.

Saat 9:35-də London ICE Futures birjasında baş tutumuş hərracda Brent neftinin sentyabr fyuçersi $0,29 (0,39%) – barrel başına $73,18-ə düşdü. 15 iyulda baç tutmuş ticarətin sonunda, Brent neftinin sentyabr fyuçersi bir barel üçün $1,29 (1,73%) – $73,47 qiymətinə düşüb.

Saat 9:35-də Nyu-York ticarət birjasında (NYMEX) WTI neftinin avqust fyuçersi $0,23 (0,32%) – barrel başına $71,42-ə düşdü. İyulun 15-də hərracların nəticələrinə görə, avqust ayı üçün WTI-nin fyuçers qiyməti $1,48 (2,03%) - barrel başına $71,65-ə düşüb.

Neft bazarının diqqəti dünyada COVİD-19 xəstəliyinin gedişatına yönəlib. Belə bir şübhə var ki, yeni, "Delta" ştammının sürətlə yayılması dünyanın müxtəlif bölgələrində növbəti karantin məhdudiyyətlərinin tətbiqinə və neft tələbatının azaldılmasına gətirib çıxara bilər.

 

Other news