SOCAR neft hasilatını azaldıb, qazı isə əksinə artırıb

14:31 - 16.07.2021


 16 iyul, Fineko/abc.az.  Bu ilin II rübündə SOCAR birbaşa istismar etdiyi yataqlarda 2 mln. tona yaxın neft və 2 mlrd. yaxın qaz hasil edib.

ABC.AZ  xəbər verir ki, hesabat dövründə hər iki göstərici üzrə illik müqayisədə 7% artım müşahidə edilib.

Məlumata görə, COVID-19 vaksinasiya prosesinin kütləvi hal alması nəticəsində dünyada neftə olan tələbatın yüksəlməsi və "OPEC+" razılaşması çərçivəsində hasilatın məhdudlaşdırılmasına qoyulan tələblərin yumşaldılması SOCAR-ın hasilat göstəricilərinin stabilləşməsinə və yüksəlməsinə səbəb olub.

Qeyd olunur ki, hesabat dövrü ölkə üzrə ümumi qaz hasilatı ötən ilin müvafiq dövrünə nisbətdə artaraq, 10 mlrd. kubmetrə yaxınlaşmış, neft hasilatı isə azalaraq, 8,4 mln. ton təşkil edib.

Other news