AMB valyuta hərracında banklara $72,6 mln. satıb

12:31 - 22.07.2021


22 iyul, Fineko/abc.az. 22 iyul 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

AMB-nin məlumatında deyilir ki, 22 iyul tarixində keçirilmiş valyuta hərracında banklara $72,6 mln satılmışdır.

“Hərracda tələb 72,6 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir”, -  məluamtad belə deyilir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

 

Other news