Pakistan Milli Bankının Bakı filialının zərəri 2 dəfə azalıb

11:45 - 28.07.2021


28 iyul, Fineko/abc.az. Pakistan Milli Bankının Bakı filialı bu ilin I yarısını 115 min manat zərərlə başa vurub.

ABC.AZ  renkinq-ə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 50,6% və yaxud təxminən 2 dəfə azdır.

Yanvar-iyun aylarında Pakistan bankının gəlirləri 242 min manat (illik müqayisədə 43,2%  çox), xərcləri 369 min manat (8,7% az), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti isə 12 min manat (6 dəfə çox) təşkil edib.

Bu il iyulun 1-nə Pakistan bankının aktivləri 9,834 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 9,2% azdır. Bunun 604 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 6,2% kiçilib.

Hesabat dövründə Pakistan bankının öhdəlikləri 67,6% azalaraq 426 min manata, o cümlədən depozit portfeli 66,8% azalaraq 411 min manata, balans kapitalı isə 1,1% azalaraq 9,407 milyon manata düşüb.

 

Other news