Banklar dollar alışını artırıb - Elman Rüstəmov

14:29 - 30.07.2021


30 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz parametlərinə dair mətbuat konfransı keçirib.

ABC.AZ-ın məlumatına görə, E.Rüstəmov bildirib ki, ardıcıl 4 aydır Azərbaycandakı bankların nağd valyuta alışları satışlarını üstələyir.

"Valyuta bazarında təklifin artması, tələbin isə azalması müşahidə olunur. Bu da qiymətlərin əsas lövhəri olan məzənnə sabitliyini dəstəkləyir. Ötən dövrdə banklar tərəfindən xalis olaraq cəmi 196 milyon ABŞ dolları satılıb. Aprel ayından etibarən isə bankların nağd valyuta alışları satışlarını üstələyir. Ötən dövrdə keçirilmiş hərracların 87%-də təklif tələbi üstələyib", - deyə Elman Rüstəmov bildirib.

 

Other news