AÇG-dən 183 milyard kubmetr təbii qaz hasil edilib

10:42 - 2.08.2021


2 avqust, Fineko/abc.az. “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku istismara veriləndən cari ilin iyulun 1-dək 183 milyard kubmetr təbii qaz hasil edilib.

ABC.AZ Energetika Nazirliyinin bu ilin yanvar-iyun ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına istinadən xəbər verir ki, “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən iyulun 1-dək isə 145 milyard kubmetrdən çox qaz hasil edilib.

Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 98 milyard kubmetrdən çoxu ixraca nəql edilib.

 

Other news