Azərbaycanda pul bazası artıb

12:23 - 2.08.2021


2 avqust, Fineko/abc.az. 2021-ci ilin avqustun 1-nə Azərbaycanda pul bazası 14 213,4 milyon manat təşkil edib. Bu, iyulun 1-i ilə müqayisədə 3% çoxdur.

ABC.AZ Azərbaycan Mərkəzi Bankının məlumatına istinadən xəbər verir ki,pul bazası ilin əvvəlinə nisbətən 4,8%, son 1 ildə isə 21,7% artıb.

 Həmçinin məlumatda qeyd edilir ki, Azərbaycan Mərkəzi Bankının  rəsmi valyuta ehtiyatları 6 496,5 mln. ABŞ dolları təşkil edib. Bu, ötən ay ilə müqayisədə 0,6% ilin əvvəli ilə müqayisədə 2%, illik müqayisədə isə 0,4% artıb.

 

Other news