330x110
 

ARDNF valyuta satışını azaldıb

02.08.2021,14:06


2 avqust, Fineko/abc.az. Dövlət Neft Fondu (ARDNF) tərəfindən iyul ayı ərzində valyuta hərraclarında 461,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə ABC.AZ ARDNF-dən verilən məlumata istinadən xəbər verir.

Qeyd edək ki, Neft Fondu iyundakı valyuta hərraclarında 463,6 milyon dollar satmışdı.

ARDNF tərəfindən keçən il ərzində isə valyuta hərraclarında 7 milyard 303,64 milyon dollar vəsait satılıb.