Kobmarket.az portalındakı məhsullara endirim olacaq

15:03 - 2.08.2021


2 avqust, Fineko/abc.az. Sahibkarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin məhsullarının daha geniş auditoriyaya tanıdılması və satışının artırılması, eləcə də alıcıların alış-veriş imkanlarının genişləndirilməsi məqsədilə “www.kobmarket.az” portalında yerləşdirilmiş məhsullara endirim tətbiq olunacaq.

Bu barədə ABC.AZ-a Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Qeyd olunur ki, avqustun 6-da “www.kobmarket.az” portalından alış-veriş edən hər kəs 50 faizə qədər endirimli satışdan yararlana biləcək. Endirim kampaniyası çərçivəsində Bakı şəhəri üzrə bütün sifarişlər pulsuz çatdırılacaq.

 

Other news