330x110
 

Azərbaycanlılara işgəncə verən ermənilərə 20 illik həbs verildi

02.08.2021,15:27


2 avqust, Fineko/abc.az. Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ABC.AZ  apa-ya istinadən xəbər verir ki, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç hər biri 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxslər cəzalarının ilk 10 ilini həbsxanada, digər hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinə 20 il cəza istəmişdi.