İpoteka və Kredit Zəmanət Fondu auditor seçib - Şirkətə 92 min manat ödəyəcək

10:58 - 1.09.2021


1 sentyabr, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2021-2023-cü illər üzrə maliyyə hesabatlarının kənar auditor yoxlanışı üzrə xidmətlərin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

ABC.AZ xəbər verir ki, bu barədə Vahid dövlət satınalmaları portalında məlumat öz əksini tapıb.

Məlumatda qeyd olunub ki, tenderin qalibi "Baker Tilly Audit Azərbaycan" QSC-dir. İpoteka və Kredit Zəmanət Fondu qalib şirkət ilə məbləği 92 min manat olan müqavilə imzalayıb.

 

Other news