Energetika nazirliyi “OPEC plus”la bağlı məlumat yaydı

17:28 - 10.09.2021


10 sentyabr, Fineko/abc.az. 2021-ci ilin avqust ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 711,6 min barrel olub. Bunun 596,1 min barrelini xam neft, 115,5 min barrelini isə kondensat təşkil edib.

Energetika Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, “OPEC plus” ölkələri nazirlərinin bu ilin iyul ayında qəbul edilmiş qərarına əsasən, Azərbaycanın hasilatın azaldılması üzrə öhdəliyinin avqustda 91 min barrel təşkil etməsi, gündəlik xam neft hasilatının isə iyul ayına nisbətən 7 min barrel artırılmaqla 627 min barrel həcminə çatdırılması nəzərdə tutulurdu.

 

Other news