Bakıda həyət evləri bahalaşıb – 6 faizdən çox

12:15 - 13.09.2021


13 sentyabr, Fineko/abc.az. Bu ilin avqust ayında Bakıda fərdi yaşayış və bağ evlərinin qiyməti ötən aya nisbətən 6,76% artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə qiymətlərdə 5,39% bahalaşma olub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu sözləri  “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov deyib.

“Fərdi yaşayış və bağ evlərinin kirayə qiymətləri ay ərzində 0,66%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,69% azalıb”, - deyə N.İbrahimov bildirib.

 

Other news