Gürcüstan Azərbaycana olan borcunun bir hissəsini qaytarıb?

16:27 - 15.09.2021


15 sentyabr, Fineko/abc.az. Bu ilin avqust ayında Gürcüstanın Azərbaycana borcu 450 min ABŞ dolları da azalaraq sentyabrın 1-nə 4,4 milyon dollar təşkil edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilir.

Bundan başqa, sənəddə deyilir ki, hazırda Gürcüstanın ümumi xarici dövlət borcu 8 milyard dollardan çoxdur.

Bunun 7,5 milyard dolları hökumətin payına düşür. Qonşu ölkənin Türkiyə, Rusiya və Ermənistana olan borcu da aylıq müqayisədə azalaraq müvafiq olaraq 8,529 milyon ABŞ dolları, 31,57 milyon ABŞ dolları və 4,21 milyon dollar olub.

 

Other news