Azərbaycan düyü idxalını azaldıb – Hesabat

14:24 - 17.09.2021


17 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycan 24 milyon 831 min ABŞ dolları dəyərində 34 min 19 ton düyü idxal edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 23,5% və 19,3% azdır.

Hesabat dövründə düyü idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,3%-ni təşkil edib.

 

Other news