Azərbaycanda benzin istehsalı azalıb - Detallar

17:32 - 17.09.2021


17 sentyabr, Fineko/abc.az. Azərbaycan avtomobil benzinin istehsalının azaldığı təqdirdə, dizel istehsalında böyük irəliləyiş var.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, 2021-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 804.3 min ton həcmində avtomobil benzini (Aİ-92) istehsal edilib.

Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2.5% neqativ dinamikadır.

Anbarlarda 35.9 min ton həcmində məhsul ehtiyatı göstərilir. Partlama ilə alışan dizel yanacağının istehsal həcmi isə statistik dövrdə 1 milyon 679.8 min tona çatıb. Bu da öncəki illə müqayisədə dizelin istehsal həcminin 12.5% artması deməkdir.

 

Other news