Gürcüstanda yoluxmalar azaldı - Bir gündə 34 nəfər öldü

11:15 - 20.09.2021


20 sentyabr, Fineko/abc.az. Gürcüstanda yoluxma sayında ötən günlə müqayisədə bu gün ciddi azalma müşahidə olunub.

ABC.AZ xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə 662 yeni yoluxma qeydə alınıb.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 3 534 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 595 926 nəfərə çatıb.

Onlardan 563 530 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 34 nəfərin ölməsi ilə bərabər ümumilikdə 8 575 nəfər həyatını itirib.

 

Other news