Problemli kreditlər ilin əvvəli ilə müqayisədə azalıb - Hesabat

12:30 - 22.09.2021


22 sentyabr, Fineko/abc.az. Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il sentyabrın 1-nə 904,2 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 3,55 % azdır.

Sözügedən dövrdə problemli kreditlər ilin əvvəlinə nisbətən 1,2 % artıb, son 1 ildə isə 15,1% azalıb.

Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 5,8% təşkil edib.

Bu nisbət iyulun sonuna və ötən ilin sonuna 6,1%, ötən il iyulun sonuna isə 7,3% olub.

 

Other news