ABŞ FED baza dərəcəsini olduğu kimi saxlayıb

10:39 - 23.09.2021


23 sentyabr, Fineko/abc.az. ABŞ Federal Ehtiyat Sistemi (FED) Federal kredit vəsaitləri üzrə faiz dərəcəsini (federal funds rate) illik 0% - dən 0,25% - ə qədər diapazonda saxlayıb.

Qərar analitiklər və bazar iştirakçılarının proqnozları ilə üst-üstə düşdü.

Federal Ehtiyat Sistemi, $120 milyard ABŞ Treasuries və $80 milyard ipoteka istiqrazları da daxil olmaqla, aylıq olaraq aktivləri $40 milyard məbləğində geri almağa davam edəcəyini bildirdi.

Bununla yanaşı, Amerika Mərkəzi Bankının məlumatında bildirilir ki, tezliklə aktivlərin alış həcmlərinin azaldılması tələb oluna bilər.     

 

Other news