"Anglo Asian Mining plc" maliyyə nəticələrini açıqlayıb - Hesabat

12:21 - 24.09.2021


24 sentyabr, Fineko/abc.az. Azərbaycanda qızıl, gümüş və mis istehsalçısı "Anglo Asian Mining plc" 2021-ci ilin altı aylıq dövr üçün maliyyə nəticələrini açıqlayıb.

Şirkətin açıqlamasına istinadən xəbər verilir ki,  2021-ci ilin birinci yarısında 43,5 milyon dollar cəmi gəlir əldə edib (2020-ci ilin birinci yarısında: 45,8 milyon dollar). 2021-ci ilin birinci yarısında vergidən əvvəl mənfəət 5,9 milyon dollar təşkil edib (2020-ci ilin birinci yarısında: 11,8 milyon dollar). Mənfəətin azalmasına xərclərin artması, o cümlədən Azərbaycanda dizel yanacağının qiymətinin 2021-ci ilin yanvar ayında 33,3 % artması da səbəb olub.

Şirkət həmçinin səhmdarlarına bir səhmə 4,5 sent ABŞ dolları dividend elan edib.

 

Other news