"Anglo Asian Mining plc"nin qızıl istehsalı və satışı azalıb

12:22 - 24.09.2021


24 sentyabr, Fineko/abc.az. "Anglo Asian Mining plc"nin 2021-ci ilin birinci yarısında qızıl istehsalı 24 min 249 unsiya (2020-ci ilin birinci yarısında: 27 min 922 unsiya), mis istehsalı 1333 ton (2020-ci ilin birinci yarısında: 1207 ton), gümüş istehsalı 78 min 981 unsiya (2020-ci ilin birinci yarısında: 58 min 529 unsiya) təşkil edib.

ABC.AZ şirkətin açıqlamasına istinadən xəbər verir ki,  "Anglo Asian Mining plc" 2021-ci ilin birinci yarısında 19 min 582 unsiya (ötən ilin eyni dövründə: 23 min 979 unsiya) qızıl külçələr satııb. Qızılın hər unsiyası orta hesabla 1776 dollardan satılıb (2020-ci ilin birinci yarısı 1649 dollar).

Şirkətin Baş İcraçı direktoru Rza Vəziri açıqlamasında qeyd edib ki, "Yarım illik fəaliyyətimizin nəticələrini təqdim etməkdən məmnunam. Şirkətin 2021-ci ilin birinci yarısında ümumi gəlirliliyi bir əvvəlki ilə nisbətən azalıb, lakin nəticələr gözləntilərə uyğundur və 2021-ci ilin ikinci yarısında maliyyə göstəricilərinin yaxşılaşacağını gözləyirik. Maliyyə vəziyyətimiz güclü olaraq qalır".

 

Other news