8 ayda “Azərenerji” neçə kilovat/saat elektrik enerjisi istehsal edib ?

17:37 - 24.09.2021


24 sentyabr, Fineko/abc.az. Cari ilin 8 ayında “Azərenerji” ASC üzrə elektrik enerjisinin istehsalı 16 milyard 737,1 milyon kilovat/saat (İES-lərdə 15 milyard 892,7 milyon kilovat/saat, SES-lərdə 844,4 milyon kilovat/saat) olub.

ABC.AZ Energetika Nazirliyinə istinadla xəbər verir ki, 8 ayda Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti üzrə elektrik enerjisinin istehsalı 312,3 milyon kilovat/saat (İES-lərdə 165,7 milyon kilovat/saat, SES-lərdə 111,6 milyon kilovat/saat, günəş stansiyalarında 35 milyon kilovat/saat), ölkədəki Müstəqil Elektrik Stansiyaları üzrə 1 milyard 519,9 milyon kilovat/saat təşkil edib.

“Azərişıq” ASC-nin külək elektrik stansiyalarında isə 43,1 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.

 

Other news