Rusiya şirkəti kapitallaşmada BP-ni keçdi

16:13 - 27.09.2021


27 sentyabr, Fineko/abc.az. London birjasında əməliyyatlar zamanı Rusiyanın "Rosneft"şirkətinin bazar kapitallaşması 90,83 milyard dolları keçib.

ABC.AZ-ın məlumatına görə, bununla da adıçəkilən şirkət 87,8 milyard dollarlıq bazar kapitallaşması olan Böyük Britaniyanın BP şirkətini geridə qoyub.

Sentyabrın 27-də Moskva birjasında "Rosneft" bir səhminin qiyməti 3,4% artaraq 628,35 rubla çatıb. İqtiaadçılar bunu tarixi maksimum hesab edir.

London Fond Birjasında şirkətin səhminin qiyməti 8.56 dollara çatıb, bu isə o deməkdir ki, 3.15% artım olub.

Müəllif: Elmir Murad

 

Other news