16:03 - 28.09.2021
28 sentyabr, Fineko/abc.az. "AccessBank”ın simaları" rubrikasında bugünkü həmsöhbətimiz Bərdə filialının rəhbəri Səbuhi Abdullayevdir.
Bankda işə qəbul olmaq üçün test imtahanına çağırılmışdım. Amma imtahanın saatını səhv eşitmişdim – saat 12 əvəzinə 2də gəlmişdim. İmtahanda on sualdan cəmi birini cavablandıra bilməmişdim, çünki sual rus dilindən azərbaycan dilinə qeyri-dəqiqtərcüməolunmuşdu. O vaxt Bankda işləyən türk konsultant mənə sualı izah etmək istəyəndə məlum oldu ki, türkcəm də zəifdir. Ona görə ondan azərbaycan dilli əməkdaş çağırmasını xahiş etdim. Nə biləydim ki, bu adam imtahandan sonra rəhbərim olacaq?!
Bilirsiniz, əsgər deyəndə mən heç də əynində hərbi mundir olan şəxsi nəzərdə tutmuram.
44 günlük müharibə zamanı biz AccessBank-ın döyüş bölgəsinə ən yaxın filialı idik. Döyüşlərin başladığı ilk gündən komandamız iş rejimini tamamilə dəyişdi. Əməkdaşların bir hissəsi işlərini həmişəki kimi davam etdirdi, digərləri isə döyüş bölgəsinin sərhədlərinə gedərək yaralı vətəndaşlara və əsgərlərə ərzaq, su və dərman çatdırdı. Bundan əlavə, bəzi həmkarlarımız hərbi əməliyyatların ilk günlərində hərbi komissarlıqda qeydiyyatdan keçərək torpaqlarımızı qorumağa getdilər. Allaha şükür ki, hamısı sağ-salamat qayıtdı.
Qeyd etdiyim ki, işimizi davam edirdik. Sadəcə xatırlamaq istəmədiyim günlər var - filialda işlədiyimiz an yaxınlıqda mərmilərin partlaması kimi. Ancaq biz hər zaman işə davam etdik, çünki o anlarda müştərilər bizim xidmətlərimizə daha çox ehtiyac duyurdular. Məsələn, bəzi əməliyyatları sürətləndirilmiş rejimdə həyata keçirməli, müharibədən əziyyət çəkən müştərilərimizin kredit ödənişlərini müvəqqəti olaraq dondurmalıydıq və s. Biz özümüzü müştərilərimizin yerinə qoyur və onların nə hisslər keçirdiklərini çox gözəl anlayırdıq və çalışırdıq ki, bacardığımız qədər onlara bu çətin günlərdə dəstək olaq.
Əlbəttə, mən onları fiziki cəhətdən sağlam, mənəvi cəhətdən zəngin, azad və xoşbəxt görmək istərdim. İstərdim ki, bütün Azərbaycan uşaqları həmişə sülh şəraitində yaşasınlar, həyatlarını və karyeralarını qura bilsinlər və əlbəttə ki, istədikləri məqsədlərə nail olsunlar.
Əlbəttə, çox istərdim ki, mənim uşaqlarımın AccessBank-da olduğu kimi sadiq həmkarları da olsun.
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
27 March 2024
27 March 2024
27 March 2024
27 March 2024
27 March 2024
27 March 2024
27 March 2024
27 March 2024
27 March 2024
27 March 2024
27 March 2024
27 March 2024
27 March 2024
27 March 2024