Neft cüzi ucuzlaşır, Brent bir barelə $78,40 təşkil edir

10:17 - 30.09.2021


30 sentyabr, Fineko/abc.az. Cümə axşamı ABŞ Energetika Nazirliyinin ölkədə ehtiyatların artırılması ilə bağlı məruzəsi dərc olunduqdan sonra, neftin etalon markalının qiyməti ticarətdə zəif azalır.

ABŞ-ın Energetika Nazirliyinin məlumatına görə, ötən həftə ölkədə neftin kommersiya ehtiyatları 4,58 mln. barrel artaraq 418,54 mln. barelə çatıb.

Saat 10:00-da London ICE Futures birjasında baş tutmuş ticarət gedişatında Brent neftinin noyabr fyuçersi $0,24 (0,31%) azalaraq bir barelə $78,40 təşkil edib. Sentyabrın 29-da keçirilən ticarətin nəticələrinə görə, noyabr ayı üçün Brent neftinin fyuçers qiyməti $0,45 (0,57%) düşərək bir barelə $78,64  təşkil edib.

Saat 10:00-da Nyu-York əmtəə birjasında (NYMEX) baş tutmuş ticarətdə WTI-nin noyabr fyuçersi  $0,10 (0,13%) enərək bir barelə $74,73 təşkil edib. Sentyabrın 29-da keçirilən hərracların nəticələrinə görə, WTI-nin noyabr fyuçers qiyməti $0,46 (0,61%) azalaraq bir barelə $74,83 təşkil edib.

 

Other news