Lirə manat qarşısında dəyər itirməkdə davam edir - Yenə ucuzlaşdı

11:17 - 30.09.2021


30 sentyabr, Fineko/abc.az. Sentyabrın 30-da Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 0,4% azalıb.

ABC.AZ-ın məlumatına görə, lirə azalaraq 0,1906 manat enib və ötən gün qeydə alınmış tarixi minimumu yeniləyib.

Mərkəzi Bankın göstəriciləri əsasında aparılan hesablamalara görə, 2006-cı ildə Azərbaycanda baş verən denominasiyasından sonra lirə ilk dəfədir ki, sözügedən səviyyəyə enib.

Sentyabr ayında lirənin manata qarşı orta məzənnəsi 0,1995 manat təşkil edib. Bu, avqust ayı ilə müqayisədə 0,4% azdır.

Müəllif: Elmir Murad

Other news