"Toyota Motor"un istehsalı niyə azalıb?

10:20 - 4.10.2021


4 oktyabr, Fineko/abc.az. "Toyota Motor" şirkətinin qlobal istehsalı son bir ildə ilk dəfə azalıb.

ABC.AZ-ın məlumatına görə, ekspertlər azalmanın səbəbini ehtiyat hissələrinin və yarımkeçirici çip tədarükü çətinliyinin olması izah edir.

Verilən məlumata görə, "Toyota"nın qlobal istehsalı avqust ayında keçən ilin eyni ayı ilə müqayisədə 16,2% azalaraq 531 min 448 ədədə geriləyib.

Bu azalma son bir ildə ilk dəfədir. Yaponiyada şirkətin istehsalı 8,4% düşərək 185 min 726 ədədə, xarici olkələrdə isə 19,9% azalaraq 345 min 722 ədədə geriləyib.

Müəllif: Elmir Murad

 

Other news