Azərsu və BP Eksploreyşn Limited arasında Memorandum imzalandı

16:03 - 4.10.2021


4 oktyabr, Fineko/abc.az.  “Azərsu” ASC ilə BP Eksploreyşn (Kaspian Si) Limited şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

ABC.Az xəbər verir ki, sənədi “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov və BP şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.

Memorandum “Azərsu” ASC-nin Təlim və İnnovasiyalar Mərkəzinin kadr hazırlığı və işçilərin peşəkarlığının artırılması işinin təkmilləşdirilməsinə xidmət edəcək əməkdaşlıq çərçivəsini müəyyənləşdirir.

Qeyd edək ki, Bakı şəhəri, Hövsan qəsəbəsinin yaxınlığında yerləşən Hövsan Aerasiya Stansiyasının ərazisində sahəsi 5000 kvadratmetr olan 3 mərtəbəli binada Təlim və İnnovasiyalar Mərkəzi yaradılıb və burada eyni anda 300 nəfərədək işçiyə təlim keçmək imkanları mövcuddur.
Mərkəzdə nəzəri sinif və startap otaqları, SƏTƏM, SCADA, energetika, mexanika, avtomatika, metrologiya və nəzarət ölçü cihazları kabinetləri, suyun analizi, tədrisin inkişafı laborotoriyaları yaradılıb.


Other news