Dünyanın nəhəng şirkəti hesabat açıqladı - Mənfəəti azalıb

17:26 - 5.10.2021


5 oktyabr, Fineko/abc.az. Dünyanın ikinci ən iri qlobal qida və içki biznesi "PepsiCo" 2021-ci ilin üçüncü rübü ilə bağlı maliyyə hesabatını açıqlayıb.

ABC.AZ xəbər verir ki, şirkət əsas diqqəti gəlirlərin artması fonunda xərclərin də yüksəlməsinə çəkib.

Hesabata görə, 3-cü rübdə "Pepsi"-nin gəlirləri əvvəlki rüblə müqayisədə 11,6%, illik ifadədə isə 13,2% artaraq, 20,19 milyard dollara çatıb.

Gəlirlərin böyük hissəsi (6,40 milyard dollar) içkilər bölməsinin və çips və digər çərəzlərin (Lays, Doritos və Cheetos, 4,65 milyard) payına düşüb.

Xalis mənfəət isə 3%-ə yaxın azalaraq, 2,22 milyard dollar təşkil edib.

 

Other news