SOCAR neftin istehsal olunan maya dəyərini açıqladı

17:07 - 7.10.2021


7 oktyabr, Fineko/abc.az. 2020-ci ildə 1 ton neftin istehsal maya dəyəri 118,85 manat təşkil edib.

ABC.AZ SOCAR-ın illik hesabatına istinadən xəbər verir ki, bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,97 manat və ya 4,0 % azalma deməkdir.

Şirkət üzrə neftin hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi 3,4%, əmək haqqı xərcləri 16,4%, sosial sığortaya ayırmalar 3,4%, amortizasiya ayırmaları 19,5 %, təmir xərcləri 9,1 %, texniki xidmət xərcləri 5,1%, nəqliyyat xərcləri 15,4%, mədən vergisi 8,1%, digər vergilər 5,7% və s. təşkil edir. Neftin nəqli və İstehsalat birliyinin digər xərcləri də nəzərə alınmaqla 1 ton neftin tam maya dəyəri 153,56 manat təşkil edib.

 

Other news