Nazirlik çağırış etdi - 3-cü doza da vurulmalıdır

12:21 - 11.10.2021


11 oktyabr, Fineko/abc.az. Səhiyyə Nazirliyi əhaliyə 3-cü (buster) doza ilə bağlı çağırış edib.

Nazirlikdən ABC.AZ-a daxil olan məlumatda bildirilib ki, koronavirusun daha yoluxucu “Delta” ştammının gündəmdə olması virusla daha ciddi mübarizə aparılmasını zəruri edir.

Bundan əlavə, mövsümlə əlaqədar havanın dəyişməsi də epidemiyanın daha geniş yayılması riskini artırır.

Digər tərəfdən koronavirusa qarşı istifadə olunan peyvəndlərin effektinin müəyyən müddətdən sonra azaldığı da araşdırmalarla sübuta yetirilib. Xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır. Qeyd edək ki, Türkiyə, Çin, Avstriya, Belçika, Finlandiya, Macarıstan, Rusiya, İspaniyada, İsveçrədə də artıq 3-cü gücləndirici doza vaksinasiyaya start verilib.

 

Other news