Neftin gələcək qiyməti ilə bağlı bədbin proqnoz

10:58 - 13.10.2021


13 oktyabr, Fineko/abc.az. Qlobal karbon neytrallığı siyasəti 2030-cu il üçün neftin bir barelinin 36 ABŞ dollarınadək, 2050-ci il üçün isə 24 dollaradək ucuzlaşmasına səbəb ola bilər.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə  Beynəlxalq Eneri Agentliyinin (IEA) "World Energy Outlook 2021" hesabatında bildirilir.

Lakin proqnozdan irəli gələn digər ssenarilərə görə, neft qiymətlərinin dinamikası fərqli ola bilər. Belə ki, IEA hesabatında iqlim islahatlarının miqyasına görə fərqlənən qlobal energetikanın inkişafı üzrə üç ssenariyə əsaslanır. Hesabata əsasən, "Net Zero Emissions" (NZE, sıfır tullantı – red.) ssenarisi çərçivəsində neftin qiymətinin 24 dollaradək enməsi mümkündür. IEA qeyd edir ki, NZE strategiyasının həyata keçirilməsi ilə dünyanın artıq yeni neft-qaz yataqlarına ehtiyacı olmayacaq.

 

Other news